Aİ Rusiyaya qarşı sanksiyanın müddətini uzatdı

29 İyun 2018 10:15 (UTC+04:00)

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Sammitdə Rusiya, Ukrayna, Minsk razılaşmaları barəsində qısa müzakirələr keçirildi. Nəticə isə Rusiyaya qarşı sanksiyaların daha 6 ay da uzadılması oldu”, - deyə agentliyə məlumat verən mənbə bildirib.

Qeyd edək ki, Aİ, ABŞ və digər ölkələr 2014-cü ildən Krım məsələsinə görə Rusiyaya qarşı sanksiya tətbiqinə başlayıb.

AzNews.az