Dəhşətli qəza: ər və arvad öldü

23 Mart 2013 17:49 (UTC+04:00)



APA-nın məlumatına görə, hadisə bu gün saat 15:00 radələrində yolun 97-ci kilometrliyində, Qobustan rayonu ərazisində qeydə alınıb.

Qəbələ rayon sakini, 1941-ci il təvəllüdlü Məmmədəlizadə Tofiq Səməd oğlu "Nissan TİDA" markalı minik maşını ilə yüksək sürətlə hərəkətdə olarkən qəflətən idarəetməni itirib və maşın yoldan çıxaraq ağaca çırpılıb. Hadisə nəticəsində T. Məmmədəlizadə və onun həyat yoldaşı, 1963-cü il təvəllüdlü Məmmədəlizadə Gültəkin Nəsrullah qızı hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

AzNews.az