Xəzərin Azərbaycan sektorunda dəniz minası aşkarlandı

29 İyun 2018 11:47 (UTC+04:00)

DSX-nın Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, mühəndis-istehkam mütəxəssisləri tərəfindən mina aşkarlanmış əraziyə baxış keçirilib, mərminin dəniz minası olması təsdiqlənib, daşınmasının təhlükəli olması səbəbindən yerində zərərsizləşdirilməsinin zəruriliyi barədə rəy verilib.

Mina aşkarlanmış ərazidən bir neçə kilometr ətrafda infrastruktur obyektlərinin mövcudluğu nəzərə alınmaqla, dəniz minasının aşkar olunduğu yerdə təhlükəsizlik tələblərinə uyğun partladılması barədə qərar qəbul olunub.

Dəniz minası iyunun 28-də partladılma yolu ilə zərərsizləşdirilib.

AzNews.az