“Şəxsiyyət vəsiqəsi haqqında” qanuna dəyişiklik edildi

29 İyun 2018 13:56 (UTC+04:00)

APA-nın məlumatına görə, layihə barədə danışan Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı müvafiq aparatlar respublikanın Naxçıvan da daxil olmaqla, bir sıra yerlərində yerləşdirilib və sentyabrdan bunu vermək mümkün olacaq.

Layihəyə əsasən, yeni nəsil şəxsiyyət vəsiqələri 2019-cu ilin yanvarın 1-dən yox, 2018-ci il sentyabrın 1-dən veriləcək. Sənəddə bildirilir ki, yeni nəsil şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərindən köhnə vəsiqələrdən daha üstün olacaq. Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı (çip) yerləşdiriləcək.

Bu vəsiqələr digər ölkələrin müvafiq orqanları ilə biometrik informasiya mübadiləsinin tənzimlənməsində müstəsna əhəmiyyət kəsb edəcək.

Layihə səsə qoyularaq, qəbul edilib.

AzNews.az