Sabaha olan hava proqnozu
23 Mart 2013 18:35 (UTC+04:00)
Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağış yağacağı gözlənilir, gecə və səhər bəzi yerlərdə duman olacaq.
Havanın temperaturu gecə 5-9° isti, gündüz 11-16° isti, Bakıda gecə 6-8° isti, gündüz 12-14° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 750 mm civə sütunundan 762 mm civə sütununa yüksələcəkdir. Nisbi rütubət gecə 85-95 faiz təşkil edəcək.
AzNews.az