İsrail Suriyaya humanitar yardım göndərdi

29 İyun 2018 14:44 (UTC+04:00)

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. Yardım ərzaq məhsulları, tibbi ləvazimatlar və geyimlərdən ibarət olub. İsrail ordusu bir neçə saat ərzində sərhəddən 300 çadır, 13 ton qida, 15 ton uşaq yeməyi, üç yeşik dərman və tibbi ləvazimat, 30 ton geyim və ayaqqabı keçirə bilib.

Yardım döyüş zonasından qaçaraq Suriya ərazisindəki yüksəkliklərdən birində çadır düşərgələri quran yerli əhali üçün nəzərdə tutulub.

AzNews.az