“Qarabağ” Suriya yığması ilə yoxlama oyunu keçirəcək

29 İyun 2018 14:56 (UTC+04:00)

Apasport.az saytının klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, Ağdam təmsilçisi Suriya millisi ilə qarşılaşacaq.

Görüşün başlama saatı da artıq müəyyənləşib. Belə ki, oyunun start fiti Bakı vaxtı ilə 20:30-da səslənəcək.

Qeyd edək ki, “Qarabağ” Avstriya toplanışı çərçivəsində keçirdiyi ilk iki yoxlama matçında “Ludoqorets” (Bolqarıstan - 1:1) və “Vakker İnsbruk”la (Avstriya – 0:0) heç-heçə edib.

AzNews.az