Rusiyada kommunal xidmət tarifləri artırılır

29 İyun 2018 16:44 (UTC+04:00)

Trend-in məlumatına görə, tarif artımı regionlardan asılı olaraq dəyişəcək.

Belə ki, ən çox artım Sankt-Peterburq şəhərində və Yakutiya respublikasında (6 faiz), ən az artım isə Şimali Osetiya respublikasında və Novosibirsk vilayətində (3 faiz) planlaşdırılır.

Qeyd olunur ki, tarif artımı elektrik və qaz təchizatına, istilik sistemi, isti və soyuq su təchizatına, kanalizasiya, eləcə də zibil daşımalarına şamil olunacaq.

AzNews.az