FİDE-nin prezidenti növbəti seçkilərdə iştirak etməyəcək

29 İyun 2018 19:42 (UTC+04:00)

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, o, namizədliyini irəli sürmək niyyətində olmadığını və növbəti seçkilərdə Arkadi Dvorkoviçi dəstəkləyəcəyini deyib.

Qeyd edək ki, Kirsan İlyumjinov 1995-ci ildən ali şahmat qurumuna rəhbərlik edir. Prezident seçkiləri oktyabrın 3-də Gürcüstanın Batumi şəhərində FİDE-nin Konqresində keçiriləcək.