Ötən ay Azərbaycan banklarının xaricə borcları 2% azalıb

29 İyun 2018 19:51 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, aprel ayı ilə müqayisədə mayda bankların xarici borclanması 36 mln. manat və ya 1,9% azalıb.

Qeyd edək ki, bankların məcmu xarici aktivlərin həcmi 2018-ci ilin iyunun 1-nə 5 528,1 mln. manat təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 714,7 mln. manat və ya 45% çoxdur. Məcmu xarici aktivlərin həcmində aprel ayı ilə müqayisədə mayda 152 mln. manat və ya 2,7%-lik azalma baş verib.

AzNews.az