Sumqayıtda 50 hektarlıq ərazidə yanğın

29 İyun 2018 21:37 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində 50 ha sahədə quru ot və kol-kos yanıb.

Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.