“WhatsApp”-da daha bir yenilik

29 İyun 2018 21:51 (UTC+04:00)

“Qafqazinfo” NTV-yə istinadən xəbər verir ki, bundan sonra qrup adminləri istədikləri zaman digər üzvlər tərəfindən qrupa mesaj göndərilməsini bağlaya biləcəklər.

Bu zaman istifadəçilərə bu barədə məlumat veriləcək.

Artıq bu funksiya tətbiqin yenilənmiş versiyasında bütün istifadəçilər üçün aktiv edilib.

AzNews.az