İsrail suriyalı qaçqınlarını ölkəyə buraxmayacaq.

29 İyun 2018 22:37 (UTC+04:00)

Oxu.Az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Aviqdor Liberman bildirib.

“Hər zaman olduğu kimi, dinc sakinlərə, qadınlara və uşaqlara istənilən humanitar yardımı göstərəcəyik, ancaq ölkəyə bir suriyalı qaçqını belə qəbul etməyəcəyik”, -deyə Liberman vurğulayıb.

Suriyanın cənubunda hökumət qüvvələri ilə müxalifətyönlü üsyançı dəstələr arasında qızğın döyüşlər getdiyindən İsrail sərhədinə qaçqın axını müşahidə olunur.

İsrail KİV-nə görə döyüşlərdən qaçan 120 minə yaxın suriyalı Holan yüksəkliklərinə cəmləşib və İsrailə pənah aparmağa çalışır.

AzNews.az