"Səviyyəsizlikdir..." - Xalq artistindən təhqirlərə cavab

29 İyun 2018 23:10 (UTC+04:00)

AzNews.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri xalq artisti Həmidə Ömərova sosial şəbəkədə yazıb. Aktrisa rol aldığı “Ata ocağı” serialından və sosial şəbəkədə ünvanına yazılan tənqidlərən söz açıb:

“Tənqid edənlərin bəziləri uşaqdır, bəziləri aktyor yoldaşlarına həsəd aparanlar, bəziləri isə sifarişlə yazanlar... Dəyərli, maraqlı tamaşaçı rəyləri də az deyildi. Səhv, nöqsan tutmaq olar, amma aktyorun şəxsiyyətini, fiziki görünüşünü təhqir etmək səviyyəsizlikdir”.