Çində baş verən yol qəzasında 18 nəfər ölüb

30 İyun 2018 09:37 (UTC+04:00)

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Sina" portalı məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə Pekin-Honkonq magistral yolunda, Xunan vilayətində qeydə alınıb. Sərnişin avtobusunun digər avtomobillə toqquşması nəticəsində daha 14 nəfər xəsarət alıb.

Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Hüquq-mühafizə orqanları qəzanın başvermə səbəbini araşdırır, təhqiqat aparılır.