ABŞ Cənub qaz dəhlizi üzərində aparılan tarixi irəliləyişi təqdir edir

30 İyun 2018 10:33 (UTC+04:00)

APA-nın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytında bu həftə Vaşinqtonda keçirilmiş dünya qaz konfransına dair dərc edilmiş “Avropa Enerji Təhlükəsizliyində müxtəlifliyin əhəmiyyəti” adlı məqalədə qeyd edilib.

Məqalədə Cənub Qaz dəhlizinin əhəmiyyəti vurğulanıb və diqqətə çatdırılıb ki, Cənub Qaz dəhlizi vasitəsilə Xəzər qazı Azərbaycandan Avropaya 2020-ci ilə qədər çatdırılacaq.