Yaponiyada "Prapirun" qasırğasına görə 26 min nəfər təxliyə olunub

30 İyun 2018 10:47 (UTC+04:00)

Trend-in məlumatına görə, əsasən Miyadzaki prefekturası əhalisinə təxliyə ilə bağlı xəbərdarlıq edilib.

Hazırda adada küləyin sürətinin saniyədə 25 metrə çatdığı bildirilir.

Güclü külək leysan yağışları ilə müşayiət olunur. Sürüşmələr olcağı istisna edilmir.