Ağdamın işğal altında olan yaşayış məntəqələri üzrə 280 hektar ərazinin yandığı aşkarlanıb - “Azərkosmos”

30 İyun 2018 12:04 (UTC+04:00)

“Azərkosmos” ASC Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə idarəçilində olan “Azersky” peyki vasitəsilə Ermənistan Silahlı Qüvvələri tərəfindən təmas xəttində son günlər törədilmiş yanğınların monitorinqini aparıb.

“Azərkosmos” ASC-nin yaydığı məlumata görə, yanğınlar əsasən cəbhənin Ağdamrayonu istiqamətində baş verib.

İyunun 29-da Ağdam rayonunun işğal altında olan yaşayış məntəqələri üzrə ümimilikdə 280 hektar ərazinin yandığı aşkar edilib.

Yanğınların monitorinqi hazırda davam etdirilir.

AzNews.az