Everesti fəth etməyə hazırlaşan alpinist
23 Mart 2013 20:50 (UTC+04:00)
80 yaşlı yaponiyalı alpinist Yuichiro Miura dünyanın ən uca zirvəsi olan Everestə üçüncü dəfə qalxmağı planlaşdırır. 2003 və 2008-ci illərdə bu zirvəyə dırmanan Miura, istəyini üçüncü dəfə reallaşdırmaq üçün gələn həftə Nepalın paytaxtı Laya gedəcək. Miuranın may ayında bu istəyini həyata keçirəcəyi gözlənilir. Paytaxt Tokioda təşkil olunan mətbuat konfransında Yuichiro Miura bunları deyib: "75 yaşında ikən dırmanmamı müvəffəqiyyətlə bitirdiyimdə heç bir şeyin qeyri-mümkün olmadığının fərqinə vardım. 80 yaşımda Everestə dırmanmaq mənim cəsarətimi, istəyimi və motivasyonumu artıracaq."
Qeyd edək ki, yaponiyalı alpinist Miura əgər Everest təpəsinə müvəffəqiyyətlə dırmansa zirvəyə çıxan ən yaşlı adam tituluna sahib olacaq. O ilk dəfə 2003-cü ildə 70 yaşında olan zaman zirvəyə qalxaraq bu titulun sahibi olmuşdu. Lakin 2007-ci ildə onun yerində 71 yaşlı həmyerlisi əldə edib. Nəhayət 2008-ci ildə 75 yaşında etdiyi performansı ilə bu ada sahib olmağa çox yaxınlaşan Miura bu dəfə də titulu əldən verib. Həmin il ondan bir gün əvvəl 76 yaşlı nepallı bir alpinist zirvəyə qalxaraq titulun yeni sahibi olmuşdu. 80 yaşlı yaponiyalı alpinist zirvəyə çıxan ən yaşlı adam tituluna yenidən sahib çıxmaq üçün may ayında zirvəyə qalxmağa qarşısına məqsəd qoyub.
Xəyalə Məmmədova
AzNews.az