Daxili İşlər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, Ağcabədi Rayon Polisn Şöbəsinin əməkdaşları şəhər sakini Səfər Mamedovun Şənlik kəndi ərazisindəki torpaq sahəsindən 9 kiloqram 515 qram marixuana, Neftçala RPŞ-nin əməkdaşları Ərəbqardaşbəyli kənd sakini Vüqar Məmmədovdan 16 qram, həyətindən isə 950 qram marixuana, Sumqayıt ŞPİ 4-cü PB-nin əməkdaşları şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Bəhlul Cəbiyevdən 485 qram, Pyotr Briyukovdan isə 480 qram marixuana, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Binəqədi RPİ 6-cı Polis Bölməsinin əməkdaşları Biləcəri qəsəbə sakini G.Adıgözəlovanın evindən dibçəkdə kultivasiya yolu ilə yetişdirilmiş 44 ədəd çətənə kolu, Xəzər RPİ-nin əməkdaşları Türkan qəsəbə sakini Zaur İbrahimovun həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 33 ədəd çətənə kolu, Astara RPŞ-nin əməkdaşları Şahağacı kəndi sakini, əvvəllər məhkum olunmuş Xosrov Rüstəmovun torpaq sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 52 ədəd çətənə kolu aşkar edərək götürüblər.