Aİ elektron məlumatların saxlanılması üzrə vahid bazar yaradacaq

30 İyun 2018 15:18 (UTC+04:00)

AZƏRTAC “belta.by” saytına istinadən bildirir ki, Bolqarıstanın nəqliyyat, informasiya texnologiyaları və rabitə naziri İvalyo Moskovski bildirib ki, bu qanun layihəsi "məlumat iqtisadiyyatı"nın böyük potensialını aşkar etməyə imkan yaradacaq. Bu o deməkdir ki, Avropa İttifaqının ərazisində fəaliyyət göstərən şirkət və dövlət təşkilatları şəxsi xarakter daşımayan məlumatları Avropa İttifaqının istənilən yerində saxlaya və emal edə bilərlər.

Gözləntilərə görə, məlumatların saxlanılması və işlənməsi üzrə lokal məhdudiyyətlərin aradan qaldırılması rəqabəti gücləndirəcək ki, bu da bazarda qiymətlərin aşağı düşməsinə və innovasiyaları stimullaşdırmağa kömək edəcək.

AzNews.az