“Qarabağ” daha bir italiyalı qapıçıya təklif göndərdi

30 İyun 2018 15:33 (UTC+04:00)

"Report"un yerli mətbuata istinadən verdiyi məlumata görə, Azərbaycan təmsilçisi braziliyalı qolkiperi transfer etmək istəyilə "sarı-göylər"ə müraciət edib. 30 yaşlı qolkiperin hazırkı klubu ilə 2020-ci ilədək müqaviləsi var. Hazırda "Qarabağ" və "Verona" arasında danışıqlar gedir.

Qeyd edək ki, Nikolas Andrade hazırkı komandasında əsas heyət uğrunda Marko Silvestri ilə mübarizə aparır. "Verona" 2017-2018 mövsümündə İtaliya A Seriyasında 19-cu yeri tutaraq, B Seriyasına enib. "Qarabağ" daha əvvəl B Seriyasından "Peskara"nın qapıçısı Vinçenzo Fyorilloya təklif ünvanlasa da, mənfi cavab alıb.

AzNews.az