Səudiyyə Ərəbistanı neft hasilatını artırmağa razılıq verdi

30 İyun 2018 18:00 (UTC+04:00)

"Report"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Donald Tramp "Tvitter" səhifəsində yazıb.

"İndicə Səudiyyə Ərəbistanı kralı Salmanla telefonla danışdım. Mən Səudiyyə Ərəbistanından İranda, Venesuelada baş verən qarşıdurmalar və qanun pozuntuları səbəbindən neft hasilatını 2 milyon barelədək artırmağı xahiş etdim. O da razılaşdı", - Tramp qeyd edib.

AzNews.az