Yevlaxda ağır qəza: ölənlər var - Yenilənib

30 İyun 2018 20:35 (UTC+04:00)

"Report"un Qərb bürosu xəbər verir ki, qəza nəticəsində ölənlərdən biri 2006-cı il təvəllüdlü Şəmkir rayon sakini Abdullayev Emin Asif oğludur.

Qəzada ölən daha 2 nəfərin şəxsiyyəti dəqiqləşdirilir.

Yaralılardan adları məlum olanlar isə bunlardır:

Əhmədova Səfa Nizami qızı

Əliyev Cavidan Əliyar oğlu

Əliyev Əliyar İlyas oğlu

İmanova Tamilə Nəsir qızı

Həsənova Validə Namiq qızı

***
19:18

Yevlax şəhərində mikroavtobus yük maşını ilə toqquşub, ölənlər var.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Yevlax ərazisindən keçən hissəsində baş verib. İlkin məlumatlara görə, təkəri partlayan yük avtomobili mikroavtobusla toqquşub. Hadisə yerində biri uşaq olmaqla 3 nəfər ölüb. Daha 7 nəfər ağır halda Yevlax şəhər Xəstəxanasına yerləşdirilib.

Hazırda hadisə ilə əlaqədar araşdırma aparılır.

AzNews.az