Misirdə avtobus aşdı: 3 ölü, 23 yaralı

30 İyun 2018 20:47 (UTC+04:00)

Trend-in yerli KİV-lərə istinadən verdiyi məlumata əsasən, hadisə nəticəsində 3 yerli sakin ölüb, daha 23-ü isə yaralanıb.

Qeyd olunur ki, avtobus sürücüsü idarəetməni itirib və avtobus sürətli avtomobil yolunda aşıb. Yaralıları çıxarmaq və yolu kəsən avtobusu kənara çəkmək üçün polis magistralı bağlamağa məcbur olub.

AzNews.az