Ölümdən son anda xilas edildi

30 İyun 2018 21:58 (UTC+04:00)

"Report"un Şirvan bürosu xəbər verir ki, 2000-ci il təvəllüdlü şəhər sakini Məmmədzadə Kamran Vüqar oğlu Mingəçevir su anbarında çimərkən batma təhlükəsi ilə üzləşib.

Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Dövlət Sularında Xilasetmə Xidmətinin əməkdaşları son anda gənci xilas edərək sahilə çıxarıblar. Zərərçəkmişə hadisə yerində "təcili yardım" xidməti tərəfindən tibbi yardım göstərilib.

AzNews.az