Qadın binadan yıxılıb xəsarət aldı

30 İyun 2018 23:49 (UTC+04:00)

APA-nın qərb bürosunun xəbərinə görə, hadisə şəhərin Atatürk prospektində yerləşən binalardan birində qeydə alınıb. 1983-c il təvəllüdlü Təkin İlahə Ağa qızı yaşadığı binanın ikinci mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qadının hansı şəraitdə yıxıldığı hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az