Bakıda Koroğlu parkında 20 yaşlı gənc bıçaqlandı

1 İyul 2018 10:55 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, 1997-ci il təvəllüdlü Salmanov Əfqan Ramiz oğlu Koroğlu parkında tanımadığı şəxslə əlbəyaxa dava edib.

Nəticədə o, bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Fakt Nəsimi Rayon Polis İdarəsində araşdırılır.