68 yaşlı kişi özünü asdı

1 İyul 2018 14:21 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, İmişli və Biləsuvar rayonlarının inzibati sərhədində yerləşən 3 saylı Cəbrayıl qaçqın düşərgəsində intihar hadisəsi baş verib.

Həmin düşərgəyə oğlugilə qonaq gələn 1950-ci il təvəllüdlü Cəbrayılrayon sakini, Quliyev Sahib İmanqulu oğlu özünü həyətdəki ağacdan asaraq intihar edib. Səhər saatlarında onu asılmış vəziyyətdə yaxınları aşkar ediblər.

İntiharın hansı səbəblərdən baş verdiyi hüquq-mühafizə orqanları tərəfindən aydınlaşdırılır.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır