"Ermənistanın indiki hökuməti buna real yanaşaraq, razılaşmaya sadiq olmalıdır" - Aleksadr Duqin

1 İyul 2018 15:13 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki,bunu bu gün Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri Aleksadr Duqin Cocuq Mərcanlı kəndində rusiyalı və azərbaycanlı ekspert və deputatların iştirakı ilə keçirilən "Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir" mövzusunda konfransda bildirib.

A. Duqin deyib ki, Qarabağdan azərbaycanlılar qovulduqdan sonra "DQR" heç vaxt legitim hesab oluna bilməz: "Əvvəl Azərbaycan, Ermənistan və Rusiya belə qərara gəlmişdi ki, ilkin olaraq 5 rayon qeyd-şərtsiz Azərbaycana qaytarılsın. Bu sülhə yol açardı və bu məsələdə ən yaxşı variantdır. Ermənistanın indiki hökuməti buna real yanaşaraq, razılaşmaya sadiq olmalıdır. Bu, sülhün yeganə roludur".