Ronaldo Yuventusa keçir?

1 İyul 2018 15:23 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Tutosport-un yaydığı məlumata görə, Yuventus rəhbərliyi nəhayət ki, futbolçunun meneceri Xorxe Mendeşlə ortaq dil tapmağı bacarıb.

Yuventus əmindir ki, Ronaldonun transferi həm futbolçu, həm də klubun imici üçün uğurlu alınacaq. Hazırki, müqaviləyə görə, Ronaldo Realda 2021-ci il, iyunun 30-a kimi oynamalıdır. O, bu kluba 2009-cu ildə gəlib.