Gəncədə qadın sirkədən zəhərlənərək ölüb

1 İyul 2018 16:41 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, 1953-cü il təvəllüdlü yerli sakin Tağıyeva Sürayə zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib.

Lakin həkimlərin göstərdikləri səylərə baxmayaraq, qadın bir müddətdən sonra xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.