Son 120 ilin ən isti günü - 44 dərəcə

1 İyul 2018 17:38 (UTC+04:00)

AzNews.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Milli Proqnozlar Bürosuna istinadən xəbər verir ki, bu gün Bakıda və Abşeron yarımadasında 43-44 dərəcə temperatur qeydə alınıb.

Bundan əvvəl rekord göstərici Bakı üçün 2017-ci ilin avqust ayında 41, 6 dərəcə müşahidə edilib. Bu gün qeyd olunan temperatur həm iyul ayı üçün, həm də bütün yay mövsümü üçün rekord temperaturdur.