Gələn həftə hava necə olacaq?

1 İyul 2018 18:18 (UTC+04:00)

AzNews.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, 2 iyul 2018-ci il tarixində Bakıda və Abşeron yarımadasında gözlənilən şimal küləyi temperaturun bir qədər aşağı enməsinə səbəb olacaq.

Lakin iyulun 3-4-də yenidən kəskin istilər müşahidə ediləcək.

İyulun 5-dən 8-dək arabir güclənən şimal küləyi müsbət amil olacaq və havanın temperaturu iqlim norma göstəricilərinə yaxınlaşacaq.