Üç gündə dənizdə 200-dən çox miqrant boğulub

2 İyul 2018 10:00 (UTC+04:00)

"Bu həftə sonu Liviya sahilləri yaxınlığında dənizdə təxminən 204 miqrant ölüb", xəbərdə deyilir. "Beləliklə, bu il boğulan miqrantların ümumi sayı 1000 nəfərdən çoxdur".

İOM-un məlumatına görə, cümə günü gəmi batması nəticəsində 103 nəfər, o cümlədən üç uşaq ölüb. Digər miqrantlarla dolu gəminin batması bazar günü baş verib. Ölənlərin dəqiq sayı deyilmir, təşkilat yalnız 41 adamın xilas olduğunu bildirir.

Üç gün ərzində, cümə günündən etibarən, Liviya Sahil Mühafizəsi xidməti qaçaq yolu ilə qayığla Avropaya gedən 1000-dən çox miqrantı geri göndərib.

AzNews.az