Meksika millisindən maraqlı addım

2 İyul 2018 10:19 (UTC+04:00)

"Report"un məlumatına görə, Xavyer Ernandes və Migel Layun saçlarını boyayıb. Onlar açıq məşqə sarışın saçlarla çıxıblar.

Daha əvvəl İspaniya yığmasının kapitanı Serxio Rusiyaya qarşı qəribə saç düzümü ilə çıxış edib. Argentinalılar isə Fransa ilə matçdan öncə saç düzümlərini dəyişiblər. Lakin belə imiclər onlara uğur gətirməyib. Həm İspaniya, həm də Argentina 1/8 final mərhələsində uduzaraq, mübarizəni dayandırıb.

Qeyd edək ki, bu gün Samara şəhərindəki eyniadlı arenada keçiriləcək Braziliya - Meksika matçı Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.

AzNews.az