Məktəbli avtobusu dərəyə aşdı - Yaralılar var

2 İyul 2018 10:32 (UTC+04:00)

Trend-in məlumatına görə, avtobus Uttar-Pradeş ştatında dərəyə aşıb.

Qəza nəticəsində 6 şagirdin müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirildiyi bildirilir. Onların vəziyyəti orta qiymətləndirilir.

Qəzanın hansı səbəbdən baş verməsi isə hələ dəqiq məlum deyil. Polis araşdırmalara başlayıb.

AzNews.az