Futbolçu intihar etdi

2 İyul 2018 11:00 (UTC+04:00)

"Report"un məlumatına görə, Bratislava "Slovan"ının hücumçusunun meyiti Vrakun meşə parkından tapılıb.

Onun üzərində heç bir zorakılıq əlamətləri olmayıb. Faktla əlaqədar araşdırmalara başlanılıb. Halenarın 35 yaşı iyunun 28-də tamamlanıb.

Qeyd edək ki, Yuray Halenar yerli "İnter" (Bratislava), "Petrjalka", "Siqma", "İskra" və "Qaflents", həmçinin Macarıstanın "Spartak" (Nyiredhaza) komandasında forma geyinib. O, 2002-ci il yeniyetmələr arasında Avropa çempionatının bürünc mükafatçısı olub, 2007-2008-ci illərdə əsas millidə çıxış edib.

AzNews.az