Üsyançılar paytaxta daxil oldular

24 Mart 2013 06:10 (UTC+04:00)
``Seleka" koalisiyasından olan üsyançılar Mərkəzi Afrika Respublikasının paytaxtı Banqi şəhərinə yaxınlaşıblar. "BBC"yə istinadən verilən xəbərə görə, onlar Boali şəhərində elektrik stansiyalarını ələ keçirərək paytaxtın bir neçə rayonuna elektrik enerjisinin verilişini kəsiblər.

Şahidlərin sözlərinə görə, üsyançılar artıq paytaxtın şimal ətraflarında hökumət qüvvələri ilə döyüşməyə başlayıb.

"Seleka"nın nümayəndəsi Nelson Njadder hərbi helikopterin vurulduğunu bəyan edib.

BMT-nin Banqidəki nümayəndəsi bildirib ki, şəhər sakinləri arasında çaxnaşma müşahidə olunur.

Biq qədər əvvəl səhra komandiri Arda Akuman əhalini sakitliyə, hökumət qüvvələrini isə tərksilah olunmağa çağırıb.


AzNEws.az