Bakıda 18 yaşlı gənc 16 yaşlı oğlanı öldürdü

2 İyul 2018 12:21 (UTC+04:00)

“Report”un xəbərinə görə, hadisə Binəqədi rayonunun Hökməli qəsəbəsində qeydə alınıb.

2002-ci il təvəllüdlü Musa Babayev bıçaqlanaraq qətlə yetirilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində cinayəti törədən 2000-ci il təvəllüdlü Ağaramazan İsmayılov saxlanılıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.

AzNews.az