Zöhrə Abdullayeva: “Mənim üçün həyat bitdi...”

2 İyul 2018 12:45 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə tanınmış teleaparıcı İradə İsaq sosial şəbəkədə yazıb. Zöhrə Abdullayevaya başsağlığı vermək üçün mərasimə gedən aparıcı onu tanımayıb:

“40 mərasiminə getmişdik. Zöhrə xanımı tanımadım. Bir aya 10 kq itirib. Zöhrə xanım, Allah sizə kömək olsun, səbir versin. Ürəyim parça-parça oldu. Tək övladını itirib. Necə sızlamasın? “Mənim üçün həyat bitdi” deyir. Ovutmaq mümkün deyil. Nə deyim, bilmədim…”.

Qeyd edək ki, Zöhrə Abdullayevanın oğlu mayın 24-də beyin xərçəngi xəstəliyindən dünyasını dəyişib.

Bahar RÜSTƏMLİ
AzNews.az