AZƏRTAC RIA agentliyinə istinadla xəbər verir ki, Stokholmda yerləşən Beynəlxalq Arbitraj Məhkəməsi Rusiyanın təbii qaz qiymətini azaltmasına dair “PGNiG”in tələbini qəbul edib.
Qeyd edək ki, 1996-cı ildə “Gazprom” və “PGNiG” arasında imzalanan müqaviləyə görə, “Gazprom”un hər il Polşaya 10 milyard kubmetr təbii qaz verməsi nəzərdə tutulur. 2022-ci ilə qədər qüvvədə olan müqavilə üzrə 2012-ci ildə təbii qazın qiymətini 10 faiz nisbətində azaltmaq qərara alıb. 2015-ci ildə “PGNiG” qiymətdə yenidən endirim olunması üçün Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edib və qiymətin bazar qiyməti səviyyəsinə çatdırılmasını istəyib.
AzNews.az