Həkimi qonşusunun öldürdüyü məlum olub

2 İyul 2018 14:21 (UTC+04:00)

AzNews.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyunun 30-da Şəki rayon mərkəzi xəstəxanasından daxil olmuş məlumatda şəhər sakini Ələsgər Teymurovun həkim işlədiyi təcili tibbi yardım stansiyasının həyətində ölməsi və baş nahiyəsində xəsarətinin olması bildirilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Teymurovun həmin gün yaşadığı evin qarşısında qonşusu Şahin Mirzəyevlə mübahisə etməsi və bu zaman Ş.Mirzəyevin onun baş nahiyəsinə küt alətlə xəsarət yetirməsi müəyyən edilib.

Görülmüş tədbirlərlə Ş.Mirzəyev saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb.