Salah “Liverpul”la müqaviləsini yenilədi

2 İyul 2018 14:38 (UTC+04:00)

"Qafqazinfo" xəbər verir ki, Misir millisinin üzvü "qırmızılar"la 5 illik yeni sözləşmə imzalayıb.

Qeyd edək ki, Salah 2017-ci ilin yayında "Roma"dan “Liverpul”a 50 milyon avroya transfer olunub. O, ötən mövsüm 32 qolla Premyer Liqanın bombardiri olub.

AzNews.az