AMEA bir neçə saat işıqsız qaldı

2 İyul 2018 14:57 (UTC+04:00)

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin "Report"a verdiyi məlumata görə, buna səbəb AMEA-nın daxili elektrik sistemində yaranmış problem olub.

"Əməkdaşlarımız hadisə yerində olub və problemi aradan qaldırmağa kömək ediblər. Artıq elektrik enerjisinin verilişi bərpa olunub", - o deyib.

AzNews.az