APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Xırdapay kəndində baş verib. Kənd sakini, 1979-ci il təvəllüdlü Xalid Samir oğlu İsmayılov özünü yaşadığı evin həyətyanı sahəsində asıb.
X. İsmayılovun hansı səbəbdən özünə qəsd etməsi hələlik məlum deyil. Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.
AzNews.az