Bakıda 100-ə yaxın Eldar şamı kəsilib - Nazirlik

2 İyul 2018 15:43 (UTC+04:00)

ETSN-in mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, şikayət Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Sözügedən əraziyə keçirilən baxış zamanı ərazidəki yaşıllıq zolağının hasara alındığı və 100-ə yaxın Eldar şamı ağacının kəsildiyi aşkar edilib.

Qanun pozucuları barədə qanuna müvafiq tədbirlərin görülməsi, ərazidə olan yaşıllıqların qorunması və hasarın sökülməsi üçün Sabunçu və Xəzər Rayon İcra Hakimiyyətlərinə və Bakı Şəhər Baş Polis İdarəsinə telefonoqramlar göndərilib.