ABŞ Britaniyanı silahlanmağa çağırdı

2 İyul 2018 16:35 (UTC+04:00)

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın müdafiə naziri Cim Mettisin britaniyalı həmkarı Qevin Uilyamsona məktub ünvanladığı qeyd olunur.

ABŞ tərəfi məktubda Böyük Britaniyanın hərbi xərclərinin azalmasından narahatlığını bildirib:

“Böyük Britaniya silahlı qüvvələrinin gücü ölkənin dünya arenasında liderlik mövqeyini qorumağa imkan verir. Amma dövlətin öz mövqeyini müdafiə etmək qabiliyyəti zəifləyir”.

Qeyd olunur ki, London hərbi xərclərə ümumi daxili məhsulun 2 faizini sərf edir. Eyni zamanda Fransa müdafiəyə 260 milyard avro sərf edəcəyini bildirir.

AzNews.az