Rusiyada ildırım 15 inəyi vurub öldürdü

2 İyul 2018 16:49 (UTC+04:00)

Trend-in məlumatına görə, hadisə Rusiyanın Xakasiya Respublikasında baş verib.

Respublika Fövqəladə Xidmətindən verilən məlumata görə, inəkləri ildrım vurarkən sürünün çobanı da yaxınlıqda olub, xoşbəxtlikdən o, xəsarət almayıb.

Bildirilir ki, təbii fəlakət baş verən zaman həmin yerdə təxminən 100 iribuynuzlu heyvan olub.

AzNews.az