Azərbaycanın Aİ-də ilk ticarət evi açılır

2 İyul 2018 17:20 (UTC+04:00)

Trend-in məlumatına görə, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) sədri vəzifələrini icra edən Yusif Abdullayev İxracatçılar Klubunun iclasında deyib.

Y.Abdullayev bildirib ki, bu, Azərbaycanın Avropa İttifaqı ölkələrində ilk ticarət evi olacaq:

"Bu, bizim ixracat istiqamətlərimizin genişləndiyini göstərir".

Qeyd edək ki, hazırda Azərbaycan Ticarət evləri Belarus və Ukraynada fəaliyyət göstərir. Gələn il isə daha bir Ticarət Evinin Həştərxanda açılması planlaşdırılır.

AzNews.az